“Traktor”un qapıçısı “Əl-Vasl”la oyunda huşunu itirdi

“Traktor” klubunun qapıçısı Parsa Cəfəri Asiya Çempionlar Liqasının (ÇL) əsas mərhələsində “Əl-Vasl”la keçirilən oyunda huşunu itirib.

Arena.az xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsinin sonlarında baş verib.

27 yaşlı qapıçı vəziyyəti səbəbindən oyunu davam etdirə bilməyib və 88-ci dəqiqədə əvəzlənib. Cəfəri paltardəyişmə otağında özünə gəlib. Daha sonra onun tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparıldığı bildirilib.

Xatırladaq ki, bu oyun Cənubi Azərbaycanın Təbriz şəhərində təşkil edilib Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Parsa Cəfəri 2026-cı ilin yayından “Traktor”da çıxış edir. O, Cənubi Azərbaycan klubunun heyətində 7 oyunda meydana çıxıb və 3 qarşılaşmada qapısının toxunulmazlığını qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: