AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən Türkiyə – Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, Uels yığmasının yarımmüdafiəçisi Qaret Beyl bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən bu matçda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:0 hesabıyla qalib gəldiyi görüşdə hər iki qolun ötürməsini Beyl verib. Düzdür, təcrübəli futbolçu 61-ci dəqiqədə penaltidən dəqiq yararlana bilməyib. Amma bu, onun matçın ulduzu seçilməsinə mane olmayıb.
Qeyd edək ki, Qaret Beyl müqavilə ilə İspaniyanın “Real” klubuna məxsusdur. Amma o, geridə qalan mövsümü İngiltərənin “Tottenhem” klubunda icarədə keçirib.


