Canni İnfantino: “Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq”

AÇ-2020-nin İsveçrə – Türkiyə oyununu izləyən FİFA-nın prezidenti Canni İnfantino Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş qarşılaşmadan sonra o, bunları söyləyib:

“Yenidən Bakıya gəldiyim və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı dostlarımı gördüyüm üçün çox şadam. Uzun illərdir tanıdığım AFFA-nın prezidenti Rövnəq Abdullayevlə və onun rəhbərlik etdiyi komandanın üzvləri ilə ünsiyyətdə olmaqdan hər zaman məmnunluq hissi keçirirəm. Bir neçə maraqlı mövzu ətrafında səmərəli müzakirələrimiz oldu. AFFA hər zaman FİFA-nın dəstəyinə əmin ola bilər, FİFA isə AFFA-nın gələcəkdə də Azərbaycanda və regionda futbolun inkişafına böyük töhfələr verəcəyinə inanır. Ümid edirəm ki, Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq. Yaxın gələcəkdə Bakıya yenidən dönəcəyim günü səbirsizliklə gözləyəcəyəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: