“Səbail” ilk transferini rəsmiləşdirdi

“Səbail” bu yay ilk transferini həyata keçirib. Arena.az xəbər verir ki, “dənizçilər” “Zirə” ilə yollarını ayıran Şəhriyar Rəhimovu heyətə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, köhnə-yeni komandasının heyətində “13” nömrəli formanı geyinəcək.

“Səbail” Azərbaycan yığmasında da oynamış sol cinah müdafiəçisi üçün yad komanda deyil. Belə ki, Rəhimov 2018-2020-ci illər aralığında məhz bu komandada forma geyinib. O, “Zirə”yə də məhz “Səbail” transfer olunmuşdu. Bir sözlə, futbolçu bir illik fasilədən sonra yenə özünə doğma olan kluba qayıdıb. Şəhriyar “dənizçilər”in formasını geyindiyi dönəmdə 50 rəsmi oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli futbolçu əvvəllər “Keşlə”, “Karvan”, “Şüvəlan”, “Rəvan” və “Kəpəz” klublarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: