Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan millimiz 4:3 hesablı qələbə qazanıb.
Avtoqolun qeydə alındığı oyunda Azərbaycan yığmasının digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Növbəti mərhələyə vəsiqə qazanan millimiz, seçmə mərhələnin 1/4 finalında, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.
A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.
Azərbaycan millisi əvvəlki oyunlarında Fransaya 2:0 hesabıyla qalib gəlib, İsveçrəyə 5:8 hesabıyla məğlub olub.


