“Qarabağ” “Keşlə”yə 7 cavabsız qolla qalib gəldi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qarabağ” və “Keşlə” komandaları bu gün yoxlama oyunununda üz-üzə gəlib. Arena.az xəbər verir ki, yeni mövsümə hazırlığı Bakıda davam etdirən komandalar “Azərsun Arena”da üz-üzə gəliblər.

Oyun Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Qurban Qurbanovun yetirmələri sonda 7 cavabsız qola seviniblər. Xayme Romero ilə Musa Qurbanlı dubla imza atıb. Komandanın yeni transferi Kadi Malinovski də debüt matçında qol vurmağa nail olub.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında İsrailin “Aşdod”, “Keşlə” isə Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq. Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Yoxlama oyunu
26 iyun

Qarabağ – Keşlə 7:0
Qollar: Abdullah Zubir, 22. Xayme Romero, 28; 30. Musa Qurbanlı, 44; 47. Kadi Malinovski, 61. Hüseyn Hüseynzadə, 88.

Xəbəri sosial şəbəkələrdə paylaş: