Azərbaycan millisi İsveçrəyə də məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, 5-ci yer uğrunda mübarizə aparmaq üçün İsveçrə yığması ilə qarşılaşan komandamız 5:6 hesabı ilə məğlub olub.

Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev, Amid Nəzərov, Elçin Qasımov və Ramil Əliyev fərqlənib.

Azərbaycan millisi 7-8-ci yer uğrunda İtaliya millisi ilə qarşılaşacaq. Sözügedən qarşılaşma bu gün baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: