“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bakı klubu Amil Yunanovu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Amil Yunanov son mövsümdə “Səbail”in uğurları üçün çalışıb. 28 yaşlı hücumçu 2018/19 mövsümündə də “Keşlə”nin formasını geyinib.
“Keşlə” bu yay Merab Giqauiri, Aldair Neto və Omar Qudiabini də transfer etmişdi. Paytaxt klubu “Neftçi”dən Rəhman Hacıyev və Turan Vəlizadəni, “Sabah”dan isə Elçin Mustafayevi icarəyə götürüb.


