“Zirə” heyətinə yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, paytaxt klubu Məhəmməd Hamdaui ilə müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu ölkəsinin “De Qrafshap” klubu olub. O, həmçinin, “Vittes”, “Dordrext” və “Tvente” klublarında da çıxış edib.
“Zirə” daha öncə Təmkin Xəlilzadə, Mehdi Cənnətov, Ruslan Abışov və Anar Nəzirovu da transfer etmişdi. Qəsəbə təmsilçisi həmçinin Ukraynanın “Lvov” klubundan Velves Damatsenanı, “Qarabağ”dan isə Rauf Hüseynlini icarəyə götürüb.


