“Sabah” “Zenit”in yetirməsi ilə 3 illik müqavilə bağladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Azərbaycan əsilli rusiyalı yarımmüdafiəçi İldar Ələkbərovu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.

“Zenit” Futbol Akademiyasının yetirməsi olan İldar, karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: