“Qarabağ” Kiprdən heç-heçə ilə dönür

“Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin AEL (Limassol) klubu ilə qarşılaşıb.

Azərbaycan klubu bu rəqiblə ilk oyunu səfərdə keçirib. Larnakada baş tutan oyunda meydan sahibləri açıblar. Şahruddin Məhəmmədəliyev səbəb olduğu penalti zərbəsini dəf edə bilməyib. Ağdam klubu buraxılan qolun əvəzini matça əlavə olunmuş dəqiqələrdə çıxa bilib. Abdullah Zubir komandasını məğlubiyyətdən xilas edib.

Beləcə, ilk oyun heç-heçə bitib. Komandalar arasındakı cavab matçı avqustun 12-də Bakıda keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
3-cü mərhələnin ilk oyunu
5 avqust

AEL – Qarabağ 1:1
Qol: S.Şçepoviç, 69-pen – A.Zubir, 90+3.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Larnaka. “AEK Arena”.

AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Şçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski.
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brian Pele, 77. Matko Babiç.
Baş məşqçi: Duşan Kerkez.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: