Azərbaycan millisi Gürcüstan üzərində qələbəyə sevindi

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz bu dəfə də gürcüstanlı yaşıdları ilə qarşılaşıb.

“Dalğa Arena”da keçirilən qarşılaşmada üç qol qeydə alınıb. Azərbaycan yığması bu dəfə meydanı qələbə ilə tərk edib.

Xatırladaq ki, bu komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyunda Azərbaycan millisi 2:3 hesablı məğlubiyyətə üzülmüşdü.

Yoxlama oyunu
6 avqust

Azərbaycan – Gürcüstan 2:1
Qollar: Mirmövsüm Canıyev, 40. Berkay Vardar, 66 – Geqi Gequçadze, 39.

Azərbaycan: 12. Amin Ramazanov, 2. David Orucov, 4. Nihad Ağayev, 7. Gülağa Əsədov (19. Berkay Vardar, 57), 8. Rauf Rüstəmli (k), 9. Mehrac Baxşəli (16. Vüsal Qənbərov, 79), 10. Vüsal Əliyev (15. Seymur Məmmədov, 36), 11. Mirmövsüm Canıyev (20. Ayhan Cabbarov, 57), 14. Hüseyn Babayev, 57 (6. Ayxan Süleymanlı), 21. Süleyman Damadayev, 24. Mahmud Ağayev (17. Kamal Kazımov, 46).
Ehtiyat oyunçular: 1. Həsən Həsənli, 22. Rza Cəfərov, 5. Nihad Həsənzadə, 13. Rüstəm Hümbərov, 18. Zöhrab Əsədov.
Baş məşqçi: Elxan Abdullayev.

Gürcüstan: 1. Luka Xaratişvili (12. Levani Tandilaşvili, 46), 2. Davit Goqotişvili, 3. Luka Salukvadze (13. Tornike Dundua, 85), 4. Muxran Baqrationi, 5. Zurab Ruxadze, 6. Geqi Gequchadze (18. Luka Kekelidze, 67), 7. Nika Sixarulaşvili (21. Luka Çaqanava, 46), 8. Otar Mamageişvili, 9. Georgi Kvernadze (20. Georgi Xabuliani, 46), 10. Gizo Mamageişvili (k), 11. Georgi Qvişiani.
Ehtiyat oyunçular: 7. Laşa Kalandadze, 15. Georgi Ubilava, 17. Georgi Ambrosidze, 22. Anzori Tevzadze.
Baş məşqçi: Vasil Maysuradze.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: