Anton Krivotsyuk oynadı, “Visla” ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) klubunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 3-cü turu çərçivəsində “Radomiak Radom” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Visla” meydanı 1:0 hesablı qələbə ilə tərk edib. Bu, Plotsk təmsilçisinin yeni mövsümdə ilk qələbəsidir.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Visla” 3 turdan sonra 3 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: