“Bazel”in baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İsveçrə təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik. Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. “Qarabağ” bizə qarşı öz potensialını ortaya qoydu.
Biz də matçda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. “Qarabağ” çox güclü rəqibdir. Qrupda yalnız “Kayrat”la bağlı kifayət qədər məlumatım yoxdur. “Omoniya” ilə Kiprdə oynamaq çətin olacaq. “Qarabağ” 7 il avrokubokların və bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram”.
Patrik Rahmen nəticədən razı olduğunu söyləyib: “Biz bu gün bir xal qazandıq və bundan razıyıq. Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Ötən gün isveçrəli jurnalistlərlə söhbətimdə də “Qarabağ”ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq. Çalışacağıq ki, bütün ev oyunlarımızda qələbə qazanaq”.
Qeyd edək ki, “Qarabağ” və “Bazel” arasındakı növbəti oyun dekabrın 10-da İsveçrədə baş tutacaq.


