Orxan Qurbanlı 90 dəqiqə oynadı, 3 xala sevindi

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 10-cu turu çərçivəsində doğma meydanda “Floreşti” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 10 oyunda 11 xal toplayıb və 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: