“Qarabağ”ın hücumçusu Ramil Şeydayev futbol üzrə Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Arena.az xəbər verir ki, onun yubileyi 8-ci turun “Səbail”lə səfər matçına (1:3) təsadüf edib.
Ramilin ölkə çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib. Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 matçda 8 qol vurub. O, iki klubun formasını geyinib.
“Qarabağ”da 22 oyuna 2 qol vuran Ramil Şeydayev “Sabah”da 28 matçda 6 dəfə fərqlənib.


