Anton Krivotsyuk oynadı, “Visla” qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 16-cı turu çərçivəsində “Krakoviya” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 46-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Plotsk “Visla”sı 16 turdan sonra 23 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: