Premyer Liqada 13-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, tura sabah keçiriləcək “Keşlə” – “Səbail” matçı ilə start veriləcək.

Bu oyunu Rauf Cabbarov idarə edəcək. İlk oyun gününün digər görüşü – “Qarabağ”la “Sabah”ın oyunu isə Əliyar Ağayevə tapşırılıb.

“Neftçi” – “Sumqayıt” matçında Vüqar Həsənli, “Zirə” – “Qəbələ” oyununda isə Elçin Məsiyev iş başında olacaq.

Azərbaycan Premyer Liqası
13-cü tur
4 dekabr

“Keşlə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 16:00.

“Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Azərsun Arena”, 18:15.

5 dekabr

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “Bakcell Arena”, 16:00.

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:15.

Xəbəri sosial şəbəkələrdə paylaş: