Anton Krivotsyuk “Ulsan”la matçda şans qazanmadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” komandasının “Ulsan”la matçını buraxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 25-ci turu çərçivəsində “Ulsan”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.

Anton bu oyunun iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də daxil edilməyib.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 25 oyuna topladığı 32 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Krivotsyukun komandası 25 oyuna 8 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 15-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 108 oyuna çıxıb, 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 47 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: