Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının 2026/2027 mövsümünün pley-off mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
Elçin Məsiyev Avstriyanın “Rapib” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.
Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Fransalı Villi Delajo VAR, digər referimiz Nicat İsmayıllı isə VAR asistenti kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu gün – avqustun 26-da Vyana şəhərində yerləşən “Weststadion”da baş tutacaq bu görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Xatırladaq ki, “Rapid”lə “Harts” arasındakı ilk oyun bir həftə öncə – avqustun 20-də keçirilib və 2:2 hesabıyla yekunlaşıb.


