Konfrans Liqasında əsas mərhələyə ilk vəsiqə “Harts”ın oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Avstriyanın “Rapid” komandası doğma meydanda “Harts”la (Şotlandiya) ilə üz-üzə gəlib. Bu komandaların cavab görüşü də ilk oyundakı kimi 2:2 hesabıyla bitib. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Şotlandiya təmsilçisi 11 metrlik zərbələri daha dəqiq yerinə yetirməklə turnirin əsas mərhələsinə ilk vəsiqəyə sahib çıxıb.

Qeyd edək ki, bu qarşılaşmanı azərbaycanlı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Elçin Məsiyev olub.

Konfrans Liqasında pley-off mərhələsinin qalan cavab oyunları avqustun 27-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunları

26 avqust

Rapid (Avstriya) – Harts (Şotlandiya) 2:2, penaltilər 3:4 (ilk oyun 2:2)

27 avqust

19:00. KuPS (Finlandiya) – Şemrok Rovers (İrlandiya) (1:1)
20:00. Yablonets (Çexiya) – Reyncers (Şotlandiya) (0:1)
20:00. Makkabi (Təl-Əviv, İsrail) – Luqano (İsveçrə) (1:2)
20:00. Qarabağ (Azərbaycan) – Tvente (Niderland) (1:0)
20:45. Frayburq (Almaniya) – Motervell (Şotlandiya) (3:1)
20:45. Monako (Fransa) – Qurnik (Polşa) (3:2)
21:00. Brann (Norveç) – PAOK (Yunanıstan) (1:1)
21:00. Kopenhagen (Danimarka) – İnter Turku (Finlandiya) (0:0)
21:00. Hradeç (Çexiya) – Panatinaikos (Yunanıstan) (2:2)
21:00. İnter Eskaldes (Andorra) – Drita (Kosovo) (2:2)
21:00. Pafos (Kipr) – Dinamo Siti (Albaniya) (1:1)
21:00. Rakuv (Polşa) – Hayduk (Xorvatiya) (2:2)
21:00. Riqa (Latviya) – Klaksvik (Farer adaları) (0:0)
22:00. Ayaks (Niderland) – Sion (İsveçrə) (4:2)
22:00. Hapoel (Təl-Əviv, İsrail) – Atalanta (İtaliya) (0:0)
22:00. Sent-Qallen (İsveçrə) – Nordsyelland (Danimarka) (0:1)
22:30. Austria (Avstriya) – Braqa (Portuqaliya) (0:2)
22:30. Borats (Bosniya və Herseqovina) – Vikinqur (İslandiya) (3:1)
22:30. Brayton (İngiltərə) – Tromse (Norveç) (0:0)
22:45. Riyeka (Xorvatiya) – Midtyulland (Danimarka) (0:2)
23:00. Hibernian (Şotlandiya) – Gent (Belçika) (0:0)
23:00. Larne (Şimali İrlandiya) – Linkoln (Cəbəllüttariq) (2:0)
23:00. Partizan (Serbiya) – Xetafe (İspaniya) (1:3)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: