“Sabah”ın Cənubi Afrikadan olan mərkəz müdafiəçisi Eyden Makkarti UEFA Çempionlar Liqasındakı tarixi zəfərlərini şərh edib.
Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Makkarti paylaşımında bunları qeyd edib:
“UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə arzum gerçəkləşdi. Allahın planını heç vaxt sorğulamayın! Səs-küyə fikir verməyin, başınızı aşağı salın və növbəniz gələndə hazır olun! Mümkünsüz heç nə yoxdur. Bunu Allah etdi”.
Xatırladaq ki, Eyden Makkarti “Sabah”a bu ilin yayında “Kayzer Çifs”dən 600 min avro müqabilində keçib. Onun paytaxt klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur. Makkarti “bayquşlar”ın forması ilə cəmi 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri bu gün bəlli olacaq. Monakoda təşkil ediləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


