Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Premyer Liqa, 2-ci tur
“Zirə” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” 2000 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 1-ci tur
“Zirə-2” – “Şəfa-2” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Zirə-2” – “Şəfa-2” oyununun 73-cü dəqiqəsində “Şəfa”nın heyətində adı protokolda olmayan 85 nömrəli futbolçu Murad Fərzəliyev oyuna daxil olduğuna görə “Şəfa”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Sözügedən klub buna görə 500 manat cərimə edilib.
“Kəpəz-2” – “Sabah-2” oyununun 79-cu dəqiqəsində “Sabah”ın futbolçusu Əhməd Tanrıverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Sabah” buna görə 300 manat cərimə edilib.


