“Neftçi” klubunda yeni idman direktoru

“Neftçi” klubunda yeni idman direktoru təyinatı gerçəkləşib. Arena.az xəbər veirr ki, bundan sonra paytaxt klubunda bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Zaur Əzizov 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla Avropa Liqasının qrupunadək irəliləyib.

Bundan əvvəl “Neftçi” klubunda idman direktoru vəzifəsini Ceyhun Sultanov icra edirdi. O, 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək bu vəzifədə çalışıb. Sultanovun gedişindən bəri “Neftçi”də bu post boş qalmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: