İspaniyanın “Sevilya” klubu yarımmüdafiəçisi Fernando Rejes ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu ilin yayında bitəcəkdi.
Fernando Rejes 2019-cu ilin yayından “Sevilya”da çıxış edir. O, həmin vaxt Türkiyənin “Qalatasaray” klubundan 4.5 milyon avro qarşılığında transfer edilmişdi. Təcrübəli futbolçu sözügedən komandanın heyətində indiyə qədər 110 matça çıxıb. Braziliyalı yarımmüdafiəçi bu görüşlərdə 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Dayaq yarımmüdafiəçisi olan Rejes daha öncə “Vila Nova”, “Portu”, “Estrela Amadora”, “Mançester Siti” və “Qalatasaray”da da forma geyinib.


