Elşən Abdullayev “Səbail”dən ayrıldı

“Səbail” yarımmüdafiəçisi Elşən Abdullayev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.

Abdullayevə klubdakı xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, “Səbail” Elşəni 2021-ci ilin yayında “Sabah”dan transfer etmişdi. Həmin vaxt tərəflər 1+1 illik müqavilə bağlamışdılar.

Elşən Abdullayev əvvəllər “Neftçi”, “Sumqayıt”, “Qarabağ” və “Zirə”də də forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: