Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama matçına çıxıb. Arena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Polşanın “Visla” komandası ilə qarşılaşıb.
Plotsk təmsilçisi ilə görüşdə hesabı “ağ-qaralar” açıblar. Yusuf Laval 55-ci dəqiqədə komandasını hesabda önə keçirib. Amma bakılılar 90-cı dəqiqədə bu üstünlüyü əldən veriblər. Duşan Laqator yaxın məsafədən dəqiq zərbə ilə Azərbaycan təmsilçisini məyus edib. Beləcə, bakılılar ikinci sınaq matçından da heç-heçə ilə ayrılıblar.
Qeyd edək ki, “Visla”da Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyuk da çıxış edir. Polşa klubuna məhz “Neftçi”dən gedən futbolçu, sabiq komandası ilə oyunda da meydanda olub. Baş məşqçi onu fasilədən sonra meydana buraxıb.
“Neftçi” Türkiyədəki ilk matçında Macarıstanın “Kişvarda” komandası ilə heç-heçə etmişdi – 2:2.
Yoxlama oyunu
19 yanvar
Neftçi – Visla (Plotsk) 1:1


