Turan Manafov “Səbail” ilə yeni müqavilə bağladı

“Səbail” klubu futbolçusu Turan Manafov ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı cinah müdafiəçisi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Son günlərdə Turan Manafovun Yunanıstanın “Olimpiakos Volos” klubuna keçəcəyinə dair xəbərlər dolaşır. İstisna edilmir ki, “Səbail” onu sözügedən kluba icarəyə versin.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən “dənizçilər”in heyətində çıxış edir. “Səbail”də “3” nömrəli formanı geyinən oyunçu, əvvəllər “Zaqatala” və “Sumqayıt”ın da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: