Sənan Qurbanov: “Mənə görə, penalti var idi”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

Fasilədən sonra ilk rəsmi oyunumuza çıxdıq. “Qarabağ”a qarşı oynamaq asan deyil. Çalışdıq ki, taktiki səhvlər etməyək. Matça ciddi itkilərlə çıxmışdıq. Futbolçular özlərini göstərməyə çalışdılar. Hər iki komandanın qol imkanları var idi. Məğlub olmaq istəmirdik, amma bu, futboldur. Növbəti matçda şanslarımızı dəyərləndirməyə çalışacağıq. Qol imkanlarımız oldu, amma yararlana bilmədik.

Son dəqiqələrdə Sadio Tounkaraya qarşı müdaxilə zamanı penalti olduğunu düşünürəm. Mənə görə penalti idi. Amma epizodun təkrarına baxmaq lazımdır.

Baxışa 4 futbolçu çağırmışdıq. Onlardan biri ilə – Natan Oduva ilə yaxın günlərdə müqavilə imzalayacağıq”.

Qeyd edək ki, İngiltərənin “Tottenhem” klubunun yetirməsi olan 26 yaşlı Natan Oduva son olaraq İrlandiya “Dandolk”unda çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: