Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Luis Adrianonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Təcrübəli futbolçu “Antalyaspor”da 70 nömrəli formanı geyinəcək.
Luis Adrianonun son klubu Braziliya “Palmeyras”ı olub. Braziliyalı hücumçu 2019-cu ildən bu komandanın uğurları üçün çalışırdı. O, daha əvvəl “İnternasional”, ”Şaxtyor” (Donetsk, Ukrayna), “Milan” və Moskva “Spartak”ında da çıxış edib. Hücumçu Braziliya millisində də 4 oyun keçirib.
Adriano karyerası ərzində bütövlükdə 491 rəsmi matça çıxıb, 194 qol vurub, 69 məhsuldar ötürmə müəllifi olub.
“Antalyaspor” daha öncə Admir Mehmedi, Alassane Ndao və Fernando Lukas Martinsi transfer etmişdi.Adriano karyerası ərzində bütövlükdə 491 rəsmi matça çıxıb, 194 qol vurub, 69 məhsuldar ötürmə müəllifi olub.
“Antalyaspor” daha öncə Admir Mehmedi, Fernando Lukas Martins və Alassane Ndaonu transfer etmişdi.


