Premyer Liqa: Şamaxıya ilk səfəri “Neftçi” edəcək

Futbol Azərbaycan Premyer Liqasında 22-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, tura Şamaxıda start veriləcək.

Artıq tarixin yaddaşına qovuşan “Keşlə” “Neftçi”ni “Şamaxı” adı ilə qəbul edəcək. Aprelin 9-da keçiriləcək bu oyuna saat 14:00-da start veriləcək. Həmin gün həm də “Sabah” – “Zirə” matçı keçiriləcək.

Ayın 10-da isə lider “Qarabağ” səfərdə “Sumqayıt”la, “Qəbələ” isə “Səbail”lə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
22-ci tur
9 aprel

“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu, 14:00.

“Sabah” – “Zirə”
Masazır. “Bank Respublika Arena”, 17:00.

10 aprel

“Sumqayıt” – “Qarabağ”
“Sumqayıt Arena”, 18:30.

“Səbail” – “Qəbələ”
Bakı. “ASCO Arena”, 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: