Futbol üzrə Birinci Divizionda 2021/22 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, “Qaradağ Lökbatan” 22-ci turun oyunlarından sonra çempionluğu təmin edib.
Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.
Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.
Bu, “Qaradağ Lökbatan” klubunun tarixində ikinci belə uğurdur. Bakılılar Birinci Divizionda 2011/12 mövsümünün də qalibi olub.


