Müller, Hummels və Zommer klub aldılar

Tomas Müller, Mats Hummels və Yan Zommerin də daxil olduğu investorlar qrupu Portuqaliyanın “Eştrela” klubunun səhmlərinin 90 faizini alıb.

Arena.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Almaniya, İtaliya və İsveçrə futbolunun tanınmış simalarının yer aldığı qrup kluba görə 40 milyon avro ödəyib. Bu, Portuqaliya futbolunda açıq idman şirkətinin səhmlərinin alınması ilə bağlı ən böyük sövdələşmədir.

Xatırladaq ki, Mats Hummels karyerasını bitirib. Yan Zommer hazırda “Brügge”də, Tomas Müller isə “Vankuver”də forma geyinir.

Qeyd edək ki, “Eştrela” 2023/2024-cü illər mövsümündə ölkə çempionatının yüksək liqası olan Primeyraya qayıdıb. Klubun maliyyə vəziyyəti isə ağır olaraq qalır. 2026-cı ilin mayında borcu 25 milyon avronu keçən klub borcların restrukturizasiyası üçün məhkəməyə müraciət edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: