İtaliyanın “Yuventus” klubunun qapıçısı Mikele Di Qreqorio 2026/2027-ci illər mövsümünü icarə əsasında “Bornmut”da keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İki klub arasında futbolçunun keçidinə dair razılıq əldə olunub. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt də nəzərdə tutulub.
2024-cü ilin yayından “Yuventus”un qapısını qoruyan italyan qolkiper ötən mövsümdə bütün turnirlərdə keçirdiyi 37 matçda 36 qol buraxıb. 29 yaşlı qapıçı 17 görüşdə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, onun Turin komandası ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Mikele Di Qreqorio “İnter”in yetirməsidir. O, karyerası ərzində “Renate”, “Novara”, “Pordenone”, “Montsa” kimi klubların da formasını geyinib.


