“Beşiktaş”ın yarımmüdafiəçisi Miralem Pyaniç Türkiyə klubu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Bosniya və Herseqovinadan olan futbolçu, bu klubda tanıdığı hər kəsə, həmçinin azarkeşlərə təşəkkür edib:
“Beşiktaş”… Vida zamanı gəldi. Hətta çox tez gəldi. Sizdən ayrıldığım üçün çox üzgünəm. Burada möhtəşəm insanlar və möhtəşəm bir klub tanıdım. Xüsusilə də burada tanıdığım ən möhtəşəm tərəfdarı gördüm, belə atmosferi yaşadım. Stadionumuzda oynamaq böyük bir şərəf oldu. Bu mövsüm üçün sizə təşəkkür edirəm. Çətin bir mövsüm oldu. Daha çox kubok qazanmaq istərdim. Amma təəssüf ki, hamımız üçün çox ağır bir mövsüm keçdi. Ən azından klubumuza bir Super Kubok qazandırdığımız üçün sevinirəm. Mən “Beşiktaş”ın hər zaman bir azarkeşi olaraq qalacağam. Mən, oğlum və bütün ailəm… İnanıram ki, gələcəkdəd yollarımız yenə kəsişəcək. Sonsuza qədər qəlbimin ən dərin yerində qalacaqsınız. Hamınızı çox sevirəm”.
Xatırladaq ki, Miralem Pyaniç 2021-ci ilin sentyabr ayından “Beşiktaş”da çıxış edirdi. Müqavilə ilə “Barselona”ya məxsus olan 32 yaşlı yarımmüdafiəçi, İstanbul təmsilçisində icarədə oynayırdı. O, bu komandada 26 oyuna çıxsa da, qol vura bilməyib. Yenidən İspaniya klubuna dönəcək Pyaniç, daha öncə “Yuventus”, “Roma”, “Olimpik” (Lion) və “Mets” klublarında da forma geyinib.


