Şpiro Periçiç də “Sabah”dan getdi

“Sabah” müdafiəçisi Şpiro Periçiç ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Periçiçə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Şpiro Periçiç 2021-ci ilin avqust ayından bu komandanın formasını geyinirdi. O, ötən mövsüm “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 15 oyunda meydana çıxıb və 1 qola imza atıb.

Xatırladaq ki, “Sabah” ötən gün Slavik Alxasovla da yolların ayrıldığını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: