Volkan Dəmirəl istefa verdi

Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi Volkan Dəmirəl postundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis sosial şəbəkə hesabında açıqlama yayıb.

O, klub rəhbərliyi ilə görüşərək, qarşılıqlı anlaşma ilə “Fatih Karagümrük”dən ayrıldığını açıqlayıb. Dəmirəlin Super Liqa klubu ilə hələ iki illik müqaviləsi olmasına baxmayaraq, o, postunu vaxtından əvvəl tərk edib.

Volkan Dəmirəl 2021-ci ilin dekabrından “Fatih Karagümrük”ə rəhbərlik edirdi. İstanbul təmsilçisi gənc mütəxəssisin rəhbərliyi altında Super Liqada 22 matça çıxıb. Komanda bu oyunlarda 10 qələbə qazanıb, 5 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb..

“Fatih Karagümrük” son mövsümdə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: