“Sabah” yarımmüdafiəçisi Elvin Camalov ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2024-cü ilin may ayına kimidir. Onun əvvəlki sözləşməsinin müddəti bu yay bitirdi.
Elvin Camalov 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə bu komandanın heyətində 29 oyuna çıxıb.
Azərbaycan yığmasının da üzvü olan Elvin, daha öncə “Qəbələ” və “Zirə”nin formasını geyinib.


