“Qarabağ” Xayme Romero ilə yollarını ayırdı

Qarabağ” yarımmüdafiəçisi Xayme Romero ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Romeroya göstərdiyi xidmətlərinə görə təşəkkür edilib və uğurlar arzulanıb.

32 yaşlı Xayme Romero 2019-cu ildən “Qarabağ”da çıxış edirdi. Sağ cinah vingeri geridə qalan mövsümü ağır zədə üzündən əməliyyat olunduğuna görə boşa verməli olmuşdu. O, mövsümün sonlarında bir neçə oyunda iştirak etsə də, əvvəlki formasından xeyli uzaq olduğu diqqətdən qaçmamışdı.

Sonda onu da bildirək ki, “Qarabağ”ın digər yarımmüdafiəçisi Riçard Almeyda ilə də yollarını ayırması gözlənilir. Ağdam klubu onunla da anlaşmanın müddətini uzatmayacaq.

Milliləşdirilərək Azərbaycan yığmasına da cəlb olunan braziliyalı Almeyda 2011-2018-ci illər aralığında “Qarabağ”da çıxış edib. 33 yaşlı futbolçu 2021-ci ilin yayında yenidən komandaya qayıtmışdı. Onun ölkəmizdə variantları olduğundan çıxınını davam etdirəcəyi gözlənilir. Riçard 2020/21 mövsümünü “Zirə”də keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: