Tural Bayramlı daha 2 il “Səbail”də!

Səbail” yarımmüdafiəçisi Tural Bayramlı ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ayın sonuna qədər idi.

Tural Bayramlı bu ilin fevral ayından “Səbail”in uğurları üçün çalışırdı. O, daha öncə ölkəmizdə “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə”nin də formasını geyinib. Yarımmüdafiəçi Latviyanın “Dauqavpils” və Yunanıstanın “Pierikos” klubunda legioner həyatı da yaşayıb.

Paytaxt klubunda daha öncə Adil Nağıyev, Ruslan Hacıyev və Ədilxan Qarəhmədovla da yeni sözləşmə imzalanmışdı.

“Zirə”dən ayrılan Ağabala Ramazanovu heyətinə qatan “Səbail”, Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev və Camal Araqo ilə də yollarını ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: