“Turan Tovuz” “Sabah”ın daha bir futbolçusunu icarəyə götürdü

Turan Tovuz” “Sabah”ın daha bir futbolçusunu icarəyə götürüb. Arena.az xəbər verir ki, Şakir Seyidov da 2022/23 mövsümünü Tovuz klubunda keçirəcək.

Bu barədə “Sabah”ın rəsmi saytı məlumat yayıb. Tovuz klubu isə hələlik Seyidovun keçidini rəsmən açıqlamayıb.

Daha əvvəl, “Sabah”dan Veysəl Rzayev də bölgə təmsilçisi ilə 1 illik müqavilə imzalamışdı.

Xatırladaq ki, “Sabah” Şakir Seyidovu bu ilin martında Latviyanın “Dauqavpils” komandasına icarəyə vermişdi. O, Latviya çempionatında bir neçə oyunun iştirakçısı olsa da, orada qalmaq istəməyib və vətənə dönməyə qərar verib.

Şakir Seyidov “Sabah”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 2018-ci ildə debüt etsə də, daimi forma şansı qazanmayıb.

“Turan Tovuz” daha öncə “Şamaxı”dan ayrılan Kamal Bayramov, Şəhriyar Əliyev və Tərlan Quliyevlə, həmçinin “Sumqayıt”dan transfer etdiyi Tərlan Əhmədli ilə 1 illik müqavilə bağlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: