“Səbail” Franko Mazureki transfer etdi

“Səbail” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, paytaxt klubu argentinalı yarımmüdafiəçi Franko Mazureki heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.

Franko Mazurekin son iş yeri Kipr “Etnikos”u (Axna) olub. O, daha öncə AEL (Limassol), “Panetolikos”, “Levski” (Sofiya), “Palestino”, “Kolon de Santa Fe”, “All Boys”, “Olmedo”, “Boka Xuniors” və “Krusero del Norte” kimi klubların da formasını geyinib.

“Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito və Qustavo Moreno de França kimi legionerləri də heyətinə qatmışdı. “Dənizçilər” yerli oyunçulardan da Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov və Rafael Məhərrəmli transfer olunub. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyovlə yollar ayrılıb. Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə də yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: