İngiltərənin “Liverpul” klubu müdafiəçisi Co Qomes ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
25 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik yeni sözləşmə imzalanıb.
Co Qomes 2015-ci ilin yayından “Liverpul”da çıxış edir. Həmin vaxt o, “Çarlton Atletik” klubundan transfer edilmişdi. Stopper, burada 1 dəfə İngilətə çempionu, 1 dəfə UEFA Çemionlar Liqasının, 1 dəfə İngiltərə Federasiya Kubokunun qalibi olub. Müdafiəçi “qırmızılar”ın heyətində Klublararası Dünya Çempionatının da qalibi adını qazanıb.
İngilis futbolçu geridə qalan mövsümdə 21 matça çıxıb. Bütövlükdə isə o, “Liverpul”da keçirdiyi 7 mövsüm ərzində 142 oyuna çıxıb.
Müdafiəçi İngiltərə milli komandasında da 12 oyun keçirib.


