Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Hibernians”, “Tirana” və “La Fiorita” doğma azarkeşləri önündə mübarizə aparıb. “Hibernians” “Levadiya”nı məğlub yola salıbsa, tiranalılar öz meydanlarında “Zrinski”yə minimal hesabla uduzublar. “La Fiorita” da Kosovo təmsilçisi ilə oyunda darmadağına üzülüb.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin digər oyunları iyulun 20-21-də keçiriləcək. Bu mərhələnin cavab matçları isə ayın 26-28-i aralığında baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
19 iyul
Hibernians (Malta) – Levadiya (Estoniya) 3:2
Tirana (Albaniya) – Zrinski (Bosniya və Herseqovina) 0:1
La Fiorita (San-Marino) – Ballkani (Kosovo) 0:4


