Azərbaycan millisi FİFA reytinqində əvvəlki mövqeyində qaldı

Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub. Arena.az xəbər verir ki, bu gün FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Siyahıda Azərbaycan yığmasının da mövqeyi müəyyənləşib. Yığmamız ötən siyahıda olduğu kimi, yenə 1127.17 xalla 128-ci sırada qərarlaşıb. Canni De Byazinin rəhbərlik etdiyi komandanın mövqeyində qalması son iki ayda heç bir rəsmi oyun keçirməməsi ilə bağlıdır.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərinin də mövqeyi müəyyənləşib. Slovakiya yığması 1439.99 xalla 51-ci, Belarus millisi 1226.55 xalla 96-cı, Qazaxıstan milli komandası isə 1166.28 xalla 114-cüdür. Bu komandaların da xal və mövqeyində heç bir dəyişiklik yoxdur.

Reytinq cədvəlinə 1837.56 xala malik Braziliya millisi rəhbərlik edir. Belçika yığması (1821.92) ikinci, Argentina (1770.65) millisi üçüncü pillədə qərarlaşıb. Türkiyə milli komandası isə 1475.13 xalla 42-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: