Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 6-cı turu çərçivəsində “Servett”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qalib gəliblər – 3:1. 20-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası qalan dəqiqələrdə bu üstünlüyü əldən verib və yekunda xalsız qalıb.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 75-ci dəqiqədə əvəzlənib.
Cari mövsümdə ilk məğlubiyyətini alan “Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


