Anton Krivotsyuk oynamadı, komandası ilk məğlubiyyətə üzüldü

Futbol üzrə Polşa çempionatında 7-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Lodz “Vidzev”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

Yeni mövsümdə ilk məğlubiyyətini alan “Visla” 7 turdan sonra 16 xalla 18 iştirakçı arasında lider olaraq qalır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: