Mirabdulla Abbasov “Neftçi”dən getdi

Neftçi” hücumçusu Mirabdulla Abbasov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

27 forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Mirabdulla Abbasov “Neftçi”nin öz yetirməsidir. O, 2015-2016, 2017-2022-ci illər ərzində “ağ-qara” formada 111 oyun keçirib, 21 qola imza atıb. Azərbaycan millisində 3 oyun keçirmiş futbolçu icarə əsasında “Dauqavpils”, “Sumqayıt” və “Səbail”də icarədə də oynayıb.

“Neftçi” bu yay Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov, Ramon Maçado, Tyaqo Bezerra və Fəhmin Muradbəyli ilə də yollarını ayırmışdı. Paytaxt klubu Turan Vəlizadə ilə Xəyal Nəcəfovu “Turan Tovuz”a, Rəşad Əzizlini isə “Şamaxı”ya icarə verib.

“Neftçi” bu yay Ataa Caber, Kenni Sayef, Qodsvey Donyo, Solomon Kvirkveliya, Yeqor Boqomolski, Mert Çelik və Vato Arveladze kimi oyunçularla da güclənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: