Azərbaycanın U-19 millisi seçmə mərhələni xalsız bitirdi

Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 2-ci qrupda yer alan komandamız qrupdakı sonuncu – üçüncü matçında Lüksemburq yığması ilə qarşılaşıb.

Bolqarıstanın Albena şəhərindəki eyniadlı arenada baş tutan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elshan vurub.

Bu gün qrupun digər matçında Türkiyə yığması səfərdə Bolqarıstanla heç-heçə edib – 1:1. Bu nəticələrdən sonra 5 xalı olan “ay-ulduzlular” qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb. Bolqarıstan da 5 xal toplamasına baxmayaraq, üçüncü yerlə kifayətlənib. Keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası isə seçmə mərhələni xalsız başa vurub.

Xatırladaq ki, Azərbaycanın U-19 millisi qrupdakı ilk matçında Bolqarıstana 0:1, ardından Türkiyəyə 1:5 hesabıyla uduzmuşdu.

AÇ-2025-in seçmə mərhələsi
2-ci qrup
27 sentyabr

Lüksemburq – Azərbaycan 1:0
Qol: Leon Elshan, 7-pen.
Baş hakim: Helgi Mikael Jonasson (İslandiya).
Baş hakimin köməkçiləri: Egill Gudvardur Gudlauqsson (İslandiya), Hristo Hadziyski (Bolqarıstan).
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan).
Bolqarıstan. Albena. Saat 18:00.

Lüksemburq: 1. Joao Margato, 2. Yohann Torres (k), 3. Fabio Lohei, 4. Massimo Agostinelli, 5. Roni Klisurica, 6. Hugo Afonso (8. Diogo De Oliveira, 80), 7. Clayton İrigoyen, 10. Leon Elshan (9. Jayson Videira, 65), 16. Dipak Khatri, 17. Tim Flick (11. James Alves Rodrigues, 46), 19. Thomas Souchard.
Ehtiyat oyunçular: 12. Noah Scheidveiler, 13. Gianluca Totaro, 14. Joe Araujo, 15. Miguel Goncalves, 18. Paulo Junior Sousa, 20. Enzo Lima.
Baş məşqçi: Mario Mutsch.
Azərbaycan: 1. Sahib Həsənov, 3. Nuğay Rəşidov, 4. Emin Rüstəmov, 5. İbrahim Ramazanov, 6. Ayxan Süleymanlı (15. Cavad Kərimov, 57), 8. Şahin Şahniyarov, 9. Ağadadaş Salyanski (18. Sadiq Şəfiyev, 57), 10. Nəriman Axundzadə (k), 11. Nicat Quliyev (7. Mahmud Ağayev, 85), 16. Nurlan Musayev (17. Edgar Ədilxanov, 74), 23. Samir Ağayev.
Ehtiyat oyunçular: 12. Xəyal Fərzullayev, 13. Ceyhun Hacıyev, 14. Musa Məmmədov, 19. Rüfət Abbasov.
Baş məşqçi: Miloş Velebit.

Xal: Türkiyə – 5. Lüksemburq – 5. Bolqarıstan – 5. Azərbaycan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: