Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 12-ci turu çərçivəsində baş tutan “Yagelloniya” ilə matçın iştirakçısı olub.
Plotsk təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. “Visla” 34-ci dəqiqədə vurduğu qolla hesabı açsa da, 65-ci dəqiqədə bu üstünlüyünü əldən verib.
Anton Krivotsyuk bu görüşə start heyətdə başlayıb və 62-ci dəqiqədə əvəzlənib. O, 15-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Visla” 12 oyuna topladığı 21 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.


